!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azyaşlı uşağı elektrik cərəyanı vurması ilə bağlı cinayət işi açıldı

!Reklam – Yazi

İyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, Qəbələ rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv