Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Babək prospekti çökdü - Avtomobil çuxura düşdü - FOTO/YENİLƏNDİ

08:30

Babək prospektində yenidən asfalt örtüyü çöküb.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb. Sürücünün səhhəti barədə məlumat yoxdur.

Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

***

İlk qəzaya düşən “Nissan” markalı 90 TC 775 nömrəli avtomobilin sürücüsü nişanların düzgün yerdə quraşdırılmadığını bildirib. O, hadisə barədə danışarkən qeyd edib ki, nişanların qarşısında yola tökülən qəhvəyi rəngli balıqqulağı təpəciyi lövhələri görünməz edib. Qum təpəsinin qarşısında isə heç bir nişan olmayıb: “Mən öz yolumla gəlirdim, qəfildən maşın üzü yuxarı qalxdı, heç nə başa düşmədim. Sonra təkərlər havada qaldı, maşın sanki uçdu. Tez sükanı burdum, maşın yerə düşən kimi çuxurun kənarında dayandı. Nişanlar da maşınıma dəyib aşdı. Sonra mən lövhələri yerinə qoyub kafeyə keçdim, orada əl-üzümü yuyanda “Mercedes” çuxura düşdü”.

***

“İnanmıram ki, qazılmış ərazidə təhlükəsizlik tədbirləri görülməmiş olsun”. 

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektində qazılmış çuxurla bağlı açıqlamasında deyib.

Bildirib ki, prospektin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb.

“Bu zaman bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub. Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi – “Mersedes” markalı avtomobil xəndəyə düşüb. Hadisə yerinə dərhal “Azərsu”nun əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb. Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir, – deyə məlumatda qeyd olunub.

www.yenicag.az

5358
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM