Bacanaq qısqanclığa görə öldürülüb

media-hightechnic-468x90

78657Astara şəhərində bacanağını bıçaqlayan şəxs tutulub.
Hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, dünən saat 23 radələrində iki bacanaq arasında mübahisə baş verib. İsayev Əfsər Əlibar oğlu bacanağı Hüseynov Ehtiram İxtiyar oğlunu bıçaqlayıb.

Nəticədə Ehtiram Hüseynov çoxlu qan itirib. Qohumları onu xəstəxanaya çatdırıb və o, əməliyyat edilib.

Həkimin sözlərinə görə, reanimasiyaya yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Müstəntiqin sözlərinə görə, qayınatası və qayınanası ilə bacanağıgilə qonaq gələn Əfsər İsayev saxlanılaraq həbs edilib. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600