Badmintoçumuz 2 800 reytinq xalı qazandı

media-hightechnic-468x90

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Niderlandın Hertogenbos şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində 2 800 reytinq xalı qazanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, kişi badmintonçuların şəxsi yarışında yarımfinala qədər irəliləməyi bacarıb.

Mübarizəyə əsas mərhələdən başlayan Edi Reski Dviçayo ardıcıl olaraq İsveçrə təmsilçisi Tobias Kuenzi (21:12, 21:13), Niderland badmintonçuları Dennis Kopen (21:15, 21:17) və Joran Kveekeni (21:16, 21:10) 2:0 hesabı ilə məğlub edib.

İdmançımız finalın bir addımlığında yarışın qalibi olan danimarkalı Viktor Svendsenə uduzub – 0:2 (17:21,13:21).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05