!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağdaddan Kərkük-Ceyhan həmləsi - VİDEO

!Reklam – Yazi

İraq Kərkükdən Ceyhana qədər uzanacaq yeni neft boru kəmərini inşa etmək üçün şirkətlərə dəvət göndərib.

Yenicag.az  OilGas.az-a istinadən xəbər verir ki, İraq dövlət şirkəti “Oil Projects Company” 350 km uzunluğundakı boru xətti ilə gündəlik 1 milyon barel neft nəql olunacağını açıqlayıb. Yeni kəmərlə maraqlanan şirkətlər yanvarın 24-ə qədər İraq hökumətinə müraciət etməlidir.

Layihənin “İnşa et-İşə sal-Təhvil ver” modelində həyata keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Kərkükdən Ceyhana qədər uzanan mövcud boru kəmərinin gündəlik 1,4 milyon barel neft daşıma tutumu var. Lakin İŞİD terror qruplaşmasının hücumları nəticəsində kəmər yararsız hala düşüb. 2014-cü ildən istifadə olunmur.

COP29

www.yenicag.az

2082
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv