“Bahalaşma xərclərin artımına gətirib çıxaracaq”-Ekspert
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.
Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, siqaret və alkoqollu içkilərin qiymətlərinin artması həmin məhsulları istehlak edən şəxslərin xərclərinin artmasına gətirib çıxaracaq. “Əsasən xidmət sferasında, daha dəqiq desək, restoranlarda spirtli içki olan menyularında artımlar müşahidə olunacaq.Təbii ki, spirtli içkilər və siqaret istehlak etməyən şəxslər üçün hər hansı bir qiymət artımı müşahidə olunmayacaq. Yəni, sözügedən məhsulların qiymətinin artımı digər məhsulların bahalaşmasına gətirib çıxarmayacaq. Nəzərə alaq ki, spirtli içkiləri istehlak edənlər müəyyən bir qrup şəxslərdir.Amma, birmənalı şəkildə deyə bilərək ki, həmin məhsulları istehlak edən şəxslərin xərcində artımlar olacaq. Eyni zamanda əvvəldə də qeyd etdiyimz kimi, xidmət sferasında da artımalar olması proqnozlaşdırılır”.
Kamran