!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bahalı daş-qaş, brend geyimlər.. - Bu məşhurlar həbs oluna bilər - Araşdırma/VİDEO

!Reklam – Yazi

Azərbaycanda bir çox şirkətlər öz məhsullarını reklam etmək üçün model, aktrisa, müğənni və digər şou-biznes nümayəndələrindən istifadə edirlər. Belə ki, sözügedən peşə sahibləri şirkətlərin məhsullarını sosial şəbəkə hesablarında reklam edir. Belə iddia olunur ki, həmin şəxslər şirkət məhsullarını reklam etməklə, qazanc əldə edir və nəticədə həm özləri, həm də şirkət rəhbərləri vergidən yayınmış olur. Ümumiyyətlə, sosial mediada reklam xarakterli paylaşımlar vergi məsuliyyəti daşıyırmı? Azərbaycanda bu qaydalar hansı formada tənzimlənir?

Yenicag.az məsələni araşdırıb.

Əməkdar artist Tünzalə Ağayeva sosial mediada etdiyi hər bir reklama görə vergi ödəyir. Müğənninin prodüseri Yalçın Cabbarov belə deyib:

“Tünzalə Ağayeva hər bir reklam üçün rəsmi olaraq müqavilə bağlayır. Müqaviləsiz heç bir məhsulu reklam etmir. İstər soial mediada, istərsə də, konsertləri zamanı. Hazırda Estetik mərkəzlərdən biri ilə reklam müqaviləsi imzalayıb. Buna görə mərkəz ona ödəniş edir, pul onun şəxsi hesabına köçürülür. Həmin ödəniş əsasında da Tünzalə xanım vergi ödəyir”.

Aparıcı Vüsalə Kərimova da sosial şəbəkələrdə müxtəlif mağaza, şirkətlərin məhsullarını reklam edənlər siyahısındadır. Şirkətlərlə virtual işbirliyindən danışan aparıcı şərtlərini açıqlayıb:

“Daha çox geyim bkundləri, ətirlər, “bijuteriya”lar reklam edirəm. Şirkət rəhbərləri ilə qeyri-rəsmi əməkdaşlıq edirəm. Onlar öz məhsullarını mənə təklif edir, mən də öz növbəmdə araşdırıram. Əgər o məhsulların keyfiyyətindən əmin oluramsa, reklam edirəm. Yox əgər belə deyilsə, imtina edirəm. Çünki insanlar arasında özümə olan inamı itirmək istəmirəm. Razılaşmamıza görə, reklam ya ödənişlər əsasında olur, ya da hədiyyə formasında. Qaldı ki, vergi məsələsinə, yəqin ki, vergi məhsulunu reklam etdiyim şirkət tərəfindən ödənilir. Bildiyim qədər hələ ki sosial mediada hər hansı reklama görə vergi nəzərdə tutulmayıb. Gələcəkdə belə bir qaydalar nəzərdə tutularsa, yəqin ki, mən də vergi ödəyərəm”.

Aktrisa və model Əfsanə Qasımova da bir çox şirkət, gözəllik salonları və mağazaların məhsullarını sosial şəbəkə hesabında reklam etdiyini deyib:

“Məhsulunu reklam etmək istəyən şirkətlə aramızda qeyri-rəsmi müqaviləmiz, daha doğrusu, razılaşmamız olur. Mən onların məhsulunu reklam edirəm, əvəzində onlar həmin məhsulu ya mənə hədiyyə edir, ya da bunu ödənişli əsaslarla reallaşdırırıq. Yaxud da əgər hansısa gözəllik salonunu reklam edirəmsə, onların xidmətlərindən pulsuz istifadə edirəm. Şirkətlərə, mağazalara gəlincə, daha çox hədiyyə alıram”.

Aktrisa buna görə vergi ödəmədiyini də bildirib:

“Dəqiq bilmirəm, amma eşitdiyimə görə sosial mediada reklam xarakterli paylaşımlara görə, vergi ödənilməlidir. Amma hələ ki, buna görə məni heç kim narahat etməyib. Belə olarsa, mənə, elə reklam şirkətinə də sosial mediada reklam xidmətini təklif etmək sərf etməz”.

İqtisadçı-ekspert Rəşad Həsənov sosial mediada reklamlar üçün xüsusi mexanizmlərin tətbiq olunmasını vacib sayır:

“Məşhurların hər hansı formada markaları təbliğ etməsi dünyanın hər yerində var və bununla bağlı hər hansı mexanizm hələ formalaşmayıb. Amma bəzi ölkələrdə sosial mediada reklam həyata keçirmək üçün konkret reklam rüsumları müəyyənləşdirilib. Əksər ölkələrdə isə bəzər mexanizm yoxdur. Məşhur bir insan hansı şirkətin məhsulundan istifadə edirsə, bunun özü bir reklam hərəkətidir. Ancaq bunu sübut etmək lazımdır. Sübutla da məsələ bitmir. İlk növbədə mexanizm işlənib, hazırlanmalıdır. Bu gün faktiki olaraq biznes o vəziyyətdədir ki, bəzi şirkətlərin reklam kompaniyalarını həyata keçirmək imkanı məhduddur. Ən müxtəlif formada məşhurların xidmətlərindən istifadə edirlər. Ya dostluq münasibəti əsasında, ya da aşağı miqdarda ödənişlərlə. Bu mənada sistemli mexanizmin hazırlanmasına ehtiyac var. Amma bir məsələ də var ki, bu mexanizm mükəmməl sistemli modellərdə işləyə bilər. Azərbaycan kimi reklam bazarının oturuşmadığı, patent hüququnun gözlənilmədiyi bir şəraitdə düşünmürəm ki, bu mümkün olsun”.

Ekspert vergidən yayınma hallarında fiziki və hüquqi şəxslər üçün ayrı-ayrı cəzaların tətbiq olunduğunu bildirib. O qeyd edib ki, bu cəzalar hər bir şəxs üçün keçərlidir:

“Bu cəzalar istənilən fiziki və hüquqi şəxsə, eyni zamanda şou-biznes nümayəndələrinə də aiddir. Qanun pozan hər bir şəxs üçün sanksiyalar tətbiq olunur və irihəcmli yayınmalar zamanı hətta bu proses son nəticədə həbsə qədər davam etdirilə bilər. Vergidən yayınmanın dərəcəsindən və miqyasından asılı olaraq cəza tətbiq olunur. Azərbaycanda istintaqı vergi qurumları birbaşa həyata keçirmək hüququna malikdir. Onların bu qərarları qəbul etmək imkanları var”.

Hələ ki Azərbaycanda sosial mediada reklamların tənzimlənməsi ilə bağlı mexanizm hazırlanmayıb. Buna görə də, istənilən məşhur, istədiyi şirkətin məhsulunu reklam edib, qazanc götürür. Lakin iqtisadçı-ekspert Rəşad Həsənovun dediyi kimi, belə bir mexanizm hazırlansa, o zaman şou əhli üçün ağır cəzalar qaçılmaz olacaq. İrihəcmli cərimələrdən tutmuş həbsə qədər…

Cəvahir

COP29

www.yenicag.az

4673
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv