Bahalı hotellər, yoxsa sadə KƏND EVLƏRİ: Turistlər HANSINI SEÇİR?
Son zamanlar Azərbaycana gələn turistlərin kirayə ev götürməsində kəskin artım müşahidə olunur.
Mövzunu Yenicag.az-a şərh edən turizm və hotelçilik üzrə eksperti Cabir Dövlətzadə ev turizminin inkişaf etməsinin əsas səbəblərini açıqlayıb.
O, əsas səbəbi qiymətlərin əlçatan olması ilə əlaqələndirib:
“Ev turizmi bir müddətdir ki, sürətli inkişaf dövrünə qədəm qoyub. Bunun da səbəbi qiymətlərin daha əlçatan, məqsədəuyğun və sərfəli olması ilə əlaqəlidir. Ailəvi şəkildə ölkəyə səfər edənlər büdcələrinə uyğun olaraq belə məkanlara üstünlük verirlər. Bölgələrdə mənzillər deyil, həm də villa tipli evlər də ön plandadır. Çünki gələn müştərilər tələblərinə uyğun olaraq məkanlar təklif olunur. Müştərilər standartdan lüksə doğru bu evləri keyfiyyətinə görə seçirlər. Üç gündən iki həftəyə qədər həmin evlərdə qala bilirlər. Ölkədə qeydiyyatsız qalma müddəti maksimum 15 gündür və daha sonra Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşürlər. Bir ay müddətində ölkədə qonaq qalmaq mümkündür. Ev sahibləri həm onların qeydiyyatdan keçməsinə köməklik edirlər və elə evlərdə qalması da daha rahat olur”.
Cəvahir