!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

!Reklam – Yazi

 Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri maraqlı onlayn müsabiqədə iştirak edib dəyərli hədiyyə qazanmağa dəvət edir.

Dekabr ayının 14-də“Bakcell”in “Facebook” və “Instagram”dakı rəsmi səhifələrində start götürmüş müsabiqəyə qatılacaq abunəçilər simsiz Apple “AirPods” qulaqcıqları, Xiaomi “power bank” və ya 100AZN dəyərində hədiyyə kartına sahib olmaq şansını qazanacaqlar.

Müsabiqədə iştirak etmək üçün abunəçilər “Bakcell”in“Instagram”dakı müvafiq postunu, “Facebook”da isə səhifəsini və müvafiq postunu bəyənib http://bit.ly/daimonline linkindəyerləşdirilmiş çərçivə ilə şelfi çəkməli və öz səhifəsində açıq şəkildə #DaimOnlineheşteqi ilə paylaşmalıdır. Çərçivə Facebook proqramı vasitəsilə açılır.

Qeyd edək ki,müsabiqədə yalnız Bakcell abunəçiləri iştirak edə bilər. Bağlı və saxta (feyk) profillərdən paylaşılan şəkillər nəzərə alınmayacaq. Müsabiqə 25.12.2018 tarixində saat 23:59-da bitəcək və qaliblər random.org saytı vasitəsilə şərtlərə əməl etmiş iştirakçılar arasından seçilərək 26.12.2018 tarixində elan olunacaq.

Müsabiqə haqqında daha ətraflı məlumat “Bakcell”in rəsmi Facebook və Instagram səhifələrində yerləşdirilib.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

COP29

www.yenicag.az

1553
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv