Ölkənin ən sürətlisi “Bakcell”, 4 sentyabr tarixində Bakı ŞəhərHalqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhəryeməyi təşkil edib.
Görüşdə “Bakcell” və “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarışınınəhəmiyyəti barədə ətraflı danışıb, media nümayəndələrinimaraqlandıran sualları cavablandırıblar.
“Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativkommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında“Bakcell” və “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024” çərçivəsində tərəfdaşlığıntəsadüfi olmadığını vurğulayıb: “Hər iki tərəf özündə sürət vəinnovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasınıtəqdim edən “Bakcell”, ötən dövr ərzində bir sıra innovativ vəyüksək sürətli məhsullarını istifadəçilərin ixtiyarına verib. Beləki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmətini – “Fiber 1” məhsulunu təqdim edib. Bundan əlavə, “Bakcell”inyeni məhsulları olan VoWiFi (Wi-Fi üzərindən zəng) xidməti, əngeniş partnyor şəbəkəsinə malik “Bakcell Kart” və süni intellektdəstəkli “Tarif Məsləhətçisi” müştərilərimizin xüsusi marağınasəbəb olub”.
Qeyd edək ki, “Bakcell” “FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024”ün rəsmi tədbirsponsorudur. Bununla bağlı “Bakcell” və Bakı Şəhər HalqasıƏməliyyat Şirkəti (BŞH) çərçivəsində müqavilə imzalanıb.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəltelekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondançox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiyaxidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslananinnovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlıinkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatınınqeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupununtərkibinə daxildir.
www.yenicag.az