Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, onlar – İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.

Yaş həddi ilə bağlı 3 aydır bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.

Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.

İradə Həsənzadə 12, Məhəmməd Əkbərov 5, İlham Mahmudov 4 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600