Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Bakı böyüdükcə, Azərbaycan kiçilməyə başlayır” – Fazil Mustafa

Reklam: High Technic

Millət vəkili paytaxt Bakı ilə regionların sosial-iqtisadi inkişafı arasında kəskin fərq olduğunu deyib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə qatılan maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovdan sonra çıxış növbəsi deputatlara keçib.

Müzakirələrdə ilk söz alan millət vəkili Fazil Mustafa diqqəti elm və təhsil sahəsində çalışan vətəndaşların gəlirlərinin azlığına yönəldib:

“Hökumət bəyan edir ki, gələn il inflyasiyanın orta həddi 7 faiz olacaq. Belə bir şəraitdə gəlirləri onsuz da çox olmayan elm və təhsil sahəsində işləyənlərin vəziyyəti indidən ciddi narahatlıq doğurur”.

Deputat çıxışının davamında dövlət idarəçiliyinə ayrılan büdcə vəsaitlərinin də beynəlxalq praktika ilə müqayisədə çox olduğunu bildirib:

“Normal ölkələrdə dövlət idarəçiliyinə ayrılan vəsaitlər büdcənin 1,5-2 faizindən çox olmur. Ancaq Azərbaycanda bu göstərici 3 faizdən çoxdur və bu da normal qarşılana bilməz”.

Fazil Mustafa daha sonra diqqəti paytaxt Bakı və regionların sosial-iqtisadi inkişafındakı kəskin fərqə yönəldib:

“Ölkə büdcəsində paytaxt Bakının ümumi payı 96-97 faiz təşkil edir. Bu isə o deməkdir ki, regionların ölkə iqtisadiyyatında yeri, iştirakı çox aşağı səviyyədədir.

Türkiyədə bir zamanlar belə bir ifadə yaranmışdı ki, İstanbul böyüdükcə, Türkiyə kiçilir. Bakının da ölkə iqtisadiyyatındakı payının 96-97 faiz olduğunu nəzərə aldıqda, biz də “Bakı böyüdükcə, Azərbaycan kiçilməyə başlayır” sözlərini deyə bilərik”.

A. Zeynalov

www.yenicag.az

1510
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM