Bakı-Cenevrə-Bakı aviareysi açıldı

media-hightechnic-468x90

sxxsü“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Silkway Travel” şirkəti ilə birlikdə bu gündən etibarən Bakı-Cenevrə-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayır.

Uçuşlar hər həftənin V və VII günləri, yalnız birinci və biznes sinif konfiqurasiyasına malik, yüksək komfortlu biznes cetlərlə həyata keçiriləcək.

Bu reyslərin sərnişinləri həm hava limanında, həm də uçuş zamanı AZAL-ın biznes xidmətləri ilə tam şəkildə əhatə olunacaq, onların AZAL-MİLES hesablarına artırılmış ballar köçürüləcək.

Qeyd edək ki, Bakı-Cenevrə marşrutu üzrə təyyarə saat 07:55-d’ havaya qalxır və 09:55-da eniş edir. Cenevrə-Bakı istiqamətində isə qalxış saat 11:15-də, eniş isə 18:55-də yerinə yetiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600