!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-İslamabad münasibətlərində YENİ STRATEGİYA: “Pakistan Azərbaycanın ən mühüm tərəfdaşlarından biridir”

!Reklam – Yazi

“Azərbaycan və Pakistan arasında güc qloballığı və regional məsələlərin oxşarlığı ilə edən ciddi əlaqələr mövcuddur”.

Bunu Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Millət vəkili Pakistan Baş naziri Şahbaz Şərifin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi təkbətək görüşünü və Bakı ilə İslamabad arasındakı münasibətlərin gələcək perspektivlərini şərh edib.

Onun sözlərinə görə, Azərbaycan və Pakistan arasında güc qloballığı və regional məsələlərin oxşarlığı ilə edən ciddi əlaqələr mövcuddur:

“Hələ 1991-ci ildən Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkədir. Azərbaycan və Ermənistan arasında gərginlik, müharibə olduğu bu günə qədər də Pakistanın Ermənistanda səfirliyi, eyni zamanda, Ermənistanın Pakistanda səfirliyi yoxdur. Hər bir tərəfdən beynəlxalq səviyyədə bir-birimizi dəstəkləyən dövlətlərik. Ulu öndər Heydər Əliyevin vaxtında, hələ 1996-cı ildə o Pakistanda rəsmi səfərdə oldu. O vaxt 9 sənəd imzalandı, Azərbaycan və Pakistan prezidentləri keçmiş Qarabağ münaqişəsi və kəşfiyyat problemində bir-birini dəstəklədiklərini bəyan ediblər”.

“Bu gün bütün sahələrdə əlaqələrimiz mövcuddur. İqtisadi, siyasi, mədəni və digər sahələr də buna aiddir. Cənab preziden, Ali Baş Komandan İlham Əliyevin apardığı müstəqil, daxili və xarici siyasət nəticəsində bir tərəfdaş dövlət də Pakistandır. Qeyd etmək istərdim ki, Azərbaycan – Pakistan parlamentlərarası işçi qrupu da fəaliyyət göstərir”, – deyə o, əlavə edib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla davam edir:

“Hərbi sahədə əməkdaşlığımız da uğurla davam edir. Tərəflər Azərbaycan və Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələsini daima müzakirə ediblər və bu istiqamətdə də ciddi addımlar atılır. Buraya şəxsi heyət mübadiləsi, hərbi təlimlər, məlumat mübadiləsi, tərəflərin yeni sahələri müəyyən edə bilən inkişaf perspektivləri daxildir ki, bütün bunlar nəzərə alınıb. Qeyd etmək istərdim ki, ən mühüm müqavilələrimizdən də biri hərbi hava qüvvələri istiqamətindədir. Həm döyüş həm təlim üçün nəzərdə tutulmuş super müasir təyyarələrinin alınmasını da xüsusi qeyd edərdim”.

“Azərbaycan hərbi hava qüvvələri ilə Pakistan arasında, demək olar ki, Pakistan tarixində ən böyük müqavilə imzalanıb. Bu son modifikasiya olan təyyarələrin alınmasıdır. 44 günlük müharibədə də Pakistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədi, eyni zamanda, mənəvi dəstək olaraq daimi Azərbaycanın yanında oldu. Bir sözlə, bu proses daim davam edir. Bu gün Pakistanın Baş nazirinin Azərbaycana gəlişi, eyni zamanda, cənab Prezidentlə yüksək səviyyəli görüşləri də bir daha ondan xəbər verir ki, Pakistan Azərbaycanın ən mühüm, ən ciddi tərəfdaşlarından biridir”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

Yenicag.az

www.yenicag.az

116
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv