Bakı metrosu: Texniki araşdırma rəhbər heyətinin birbaşa iştirakı ilə aparılır

media-hightechnic-468x90

Aprelin 21-də “Bakı Metropoliteni” QSC-də baş vermiş hadisə ilə bağlı texniki araşdırmanı səhmdar cəmiyyətinin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri aparır.

media-banner_tkm

Yenicag.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq metropolitendən bildirilib.

Məlumata görə, əsas məsələ texniki araşdırmanın düzgün qiymətləndirilməklə obyektiv aparılmasını təmin etmək, doğru qərarların verilərək, həm bu hadisənin təkrarlanmaması, həm də hazırda icra olunan texniki işlərin dəqiqliklə başa çatdırılmasıdır. Yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, aprelin 21-də saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilib. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb. Metronun bütün stansiyalarında girişə müvəqqəti məhdudiyyət tətbiq edilib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05