Ərdoğandan İdlib açıqlaması: Raket atılsa qaçqın axını başlayacaq

media-hightechnic-468x90

Hökumət qüvvələrinin Suriyanın İdlib əyalətində əməliyyat aparması humanitar fəlakət və Türkiyəyə üz tutan yeni qaçqın dalğası yarada bilər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, “Sabah” qəzetinin çərşənbə günü yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

“Orada [İdlibdə] təqribən 3,5 milyon əhali var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atır. Lakin bu əraziyə raket düşməyə başlasa, ciddi şəkildə qan töküləcək, Türkiyəyə sel kimi yeni qaçqın axını başlayacaq”, – deyə o bildirib.

Türkiyə lideri əlavə edib ki, Ankaranın Rusiya və İranla əməkdaşlığı İdlibdə fəlakətdən yayınmağa kömək edə bilər və hazırda Rusiya ilə qarşılıqlı fəaliyyət çox vacibdir.

Bundan əlavə, Türkiyə lideri sentyabrın 7-d Tehranda keçiriləcək üçtərəfli Suriya sammitinin müsbət nəticələnəcəyinə ümid bəsləyir./Report/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05