Bakı metrosunda gediş haqqı ilə bağlı yenilik olacaq

media-hightechnic-468x90

Bakı metropolitenində bir sıra elektron vasitələrdən istifadə etməklə gediş haqqını ödəmək mümkün ola bilər. 

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verilib.

“Belə ki, yeniliyin tətbiqi istiqamətində işlər aparılır. Lakin konkret olaraq hər hansısa sistemin və ya üsulun tətbiqindən danışmaq hələ tezdir. Bununla bağlı hər hansı əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – deyə o, bildirib.

Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600