Ermənistan bir nəfəri Türkiyəyə ekstradisiya etdi
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İrəvanın beynəlxalq axtarışda olan şəxsi Ankaraya ekstradisiya etdiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
O qeyd edib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində xarici ölkələrdə axtarışda olan 14 nəfər həbs olunaraq Türkiyəyə təhvil verilib.
Müxtəlif cinayətlərdə ittiham olunanlardan doqquzu Gürcüstandan, ikisi Almaniyadan, üçü isə Ermənistan, Xorvatiya və Monteneqrodan ekstradisiya edilib.












