Bakı metrosunda intihar

media-hightechnic-468x90

Bakı metrosunda intihar hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə 22:15 radələrində qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar qatarın “Ulduz” stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Hazırda meyit çıxarılıb və qatarların hərəkətləri bərpa olub.

***

Artıq özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib. “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Bakı metrosunda intihar hadisəsi

media-hightechnic-468x90

mmşçMetronun Elmlər Akademiyası stansiyasında intihara cəhd hadisəsi baş verib.

Stansiyada orta yaşlı bir şəxs özünü qatarın altına atmaq istəyib. Bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, o, Qatar stansiyaya yaxınlaşmamışdan özünü relslərin üzərinə atıb. Bələdçilərin cəld işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib.

Bununla da faciənin qarşısı alınıb.

Metropolitenin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a açıqlamasında faktı təsdiqlədi.

Onun sözlərinə görə, bələdçilərin müdaxiləsi nəticəsində faciənin qarşısı alınıb: “Özünün dediyinə görə, alacağı olduğu üçün intihara cəhd edib. Şəxsin vəziyyəti normaldır. Hadisə ilə əlaqədar qatarların hərəkətində heç bir fasilə yaranmayıb. Artıq intihara cəhd edən şəxs metropoliten işçiləri tərəfindən polisə təhvil verilib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600