Metroda intihara cəhd edən kişi xəstəxanada öldü – Yenilənib

Bu gün səhər saatlarında metroda intihara cəhd edən kişi xəstəxanada dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə AzVision.az-a 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

***

Bakı metrosunda intihara cəhd olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Yenicag.az-a açıqlamasında bildirib ki, hadisə 09:18 radələrində  “Qara Qarayev” metro stansiyasında qeydə alınıb.

Belə ki, “H.Aslanov” metrostansiyasından “Dərnəgülə”ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib.

“Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır”, – deyə N.Paşayev vurğulayıb.

 

COP29