Bakı Metropolitenində sərnişinlərdən biri ölüb.
Yenicag.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss etməyə başlayıb.
“Dərhal təcili yardım xidmətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib. Dünyasını dəyişən şəxs 1951-ci il təvəllüdü Bağırov Sabir Balamirzə oğlu olub”.
www.yenicag.az