Bakı metrosunda qatarda nasazlıq yarandı

media-hightechnic-468x90

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “İçərişəhər – Həzi Aslanov” xətti ilə hərəkət edən qatarında nasazlıq qeydə alınıb.

Bunu Yenicag.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, nasazlıq qatar “Gənclik” stansiyasında olarkən yaranıb. Buna görə də qatar depoya verilib və xəttə yeni qatar buraxılıb.

“İntervalı çıxmaq şərti ilə bu, ümumilikdə 7,5 dəqiqə yubanmaya səbəb olub. Hazırda isə intervalla bağlı problem demək olar ki, həll edilib. Müəyyən problemlər “Memar Əcəmi”-“Dərnəgül” xəttində mövcuddur. Onu da həll edirik”, – metro rəsmisi qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600