!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı polisindən ƏMƏLİYYAT - Saxlanılanlar var

!Reklam – Yazi

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorov saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Altay Sabirovdan 0,313 heroin aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdü Məmməd Rzayev saxlanılıb. Onun üzərindən 0, 824 qram heroin aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv