!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Rusiya-Ermənistan qarşıdurmasından necə yararlanacaq? - Azərbaycanlı polkovnikin şərhi

!Reklam – Yazi

“Rusiyada Ermənistanı cəzalandırmaq çağırışlarının güclənməsi Qarabağ münaqişəsinin hərbi yolla həllinə şərait yaradır”.

Şair Ramaldanov

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın yeni hakimiyyətinin Qərbə meyllənməsinin Rusiya elitasında yaratdığı reaksiyanın Qarabağ münaqişəsinin nizamlanmasına təsirini dəyərləndirən polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanovun fikrincə, Azərbaycan Rusiyanın Qərblə münasibətlərini sürətlə dərinləşdirən Ermənistana ənənəvi dəstəyini azaltmasından yararlanmalıdır:

“Ermənistanın yeni hökumətinin və baş nazir Paşinyanın addımları göstərdi ki, İrəvan öz siyasətində Qərbə doğru üz tutmaq yolunu seçib. Bu isə həm də onu söyləməyə imkan verir ki, Paşinyanın hakimiyyətə gəlişində Qərb dairələrinin dəstəyi haqda deyilənlər əsassız deyil.

Bu durum, yəni İrəvanın Qərbə meyllənməsi əlbəttə ki, Rusiyanı razı sala bilməz. Çünki Rusiya onilliklər boyu Ermənistana hərtərəfli yardım göstərib, dəstək verib, onun bütün çətinliklərini həll etməyə çalışıb. İndi isə oradakı yeni hökumət Rusiyadan uzaqlaşaraq, Qərblə yaxınlaşmaq xəttini götürüb.

Ona görə də, Rusiyanın siyasi dairələrinin, o cümlədən bəzi rəsmi şəxslərinin Ermənistana ünvanlanan kəskin fikirləri təəccüb doğurmamalıdır. Hər halda, Paşinyanın Moskvanın təsirini azaltmaq cəhdləri Rusiyada çox neqativ sürpriz kimi qarşılanıb. Bu baxımdan, Rusiyada nankor Ermənistanın cəzalandırılmasına dair çağırışlar gözlənilməz deyil.

Rusiyanın Ermənistana kreditlə verdiyi silah-sursatın göndərişinin dayandırılması haqda söhbətlərin ortaya çıxması bu kontekstdə qiymətləndirilməlidir. Moskvada hesab edirlər ki, onların yardımı ilə ayaqda qalmağı bacaran Ermənistanın Qərbə istiqamətlənməsi cavabsız qalmamalıdır.

Əlbəttə ki, Azərbaycan Rusiya-Ermənistan münasibətlərində güclənməkdə olan gərginlikdən maksimum yararlanmalıdır. Vəziyyət onu göstərir ki, yaranmış şəraitdə Rusiya 2016-cı ilin aprel döyüşləri zamanı olduğu kimi, Qarabağda hərbi əməliyyatların yenidən başlamasına göz yuma bilər. Əgər buna nail olunarsa, o halda Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə heç bir şübhə yoxdur”.

A.Zeynalov

www.yenicag.az

1920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv