Bakı sakini özünü binadan atmaq istəyir
Bakıda 35 yaşlı kişi intihar məqsədi özünü çoxmərtəbəli binadan atmaq istəyir. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-21, mənzil-95 də qeydə alınıb.Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Amil Vəzirov özünü 9-cu mərtəbənin eyvanından atmağa cəhd edir.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları A. Vəzirovu binadan düşürməsi istiqamətində iş aparır.












