Bakı sakininə qarşı 4 nəfər quldurluq etdi

media-hightechnic-468x90

Bakı sakininə qarşı 4 nəfər quldurluq edib.

Bu barədə Yeniocag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə iyulun 15-də Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Firudin oğlunun döyülüb bıçaqla hədələnərək pulunun, qızıl boyunbağısının, bank kartlarının və idarə etdiyi “KİA” markalı avtomobilin quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Məmmədov, S.Abbasov, Ə.Abbasov və E.Kərimov həmin avtomobildə Hövsan qəsəbəsi ərazisində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600