!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı sakinləri Cəlilabadda 10 kiloqram narkotiklə tutuldu - FOTO

!Reklam – Yazi

Bakı sakinləri Cəlilabadda 10 kiloqram narkotiklə tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Akşin Qəniyev və Fədail Qəniyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 3 kiloqrama yaxın heroin, 1 kiloqram 240 qram tiryək, 5 kiloqramdan artıq marixuana və 835 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etmək niyyətində olublar.

Faktla bağlı polis şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv