Bakı-Tbilisi-Bakı aviabileti BAHALAŞIB?

media-hightechnic-468x90

AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata qədər qaldırıldığı bildirilir.

Yenicag.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.

Bəs Bakıdan Gürcüstan istiqamətinə ekonom sinif biletlərinin tapılmamasına səbəb nədir?

Turizm eksperti Rəhman Quliyev bildirib ki, gün ərzində AZAL Gürcüstan istiqamətinə 4-5 reys həyata keçirir, bu isə həmin istiqamətə uçuş edən sərnişinlərin sıxlığı ilə əlaqədardır. Ekspert onu da bildirib ki, qeyri-turizm mövsümündə qiymətlərin enməsi gözlənilir.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa