Bakı-Tehran əlaqələrində ÜÇÜNCÜ TƏRƏF AMİLİ: “Onların imkanları çox məhduddur”
“Pezeşkianın ölkəmizə səfəri bu məqsədlərə xidmət edə və ciddi təkan verə bilər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, Azərbaycanla İran arasında münasibətlərə üçüncü tərəflərin müdaxiləsindən danışarkən bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın səfəri iqtisadi layihələrin inkişafına təkan verəcək.
“Bir sıra layihələrin sürətlənməsi mümkündür, buna ümid edirik. Xüsusilə Araz boyunca çəkilən dəhlizin, Şimal-Cənub nəqliyyat dəhlizinin, Rəşt-Astara arasındakı dəmiryolunun qısa müddətdə başa çatmasını istəyirik. İranla bağlı xüsusi layihələrimiz var ki, maraqlarımız onları yekunlaşdırmaqdır. Pezeşkianın ölkəmizə səfəri bu məqsədlərə xidmət edə və ciddi təkan verə bilər. Üçüncü tərəflərin Azərbaycanla İran arasındakı münasibətlərə müdaxiləsi məsələsinə gəldikdə isə onların imkanları çox məhduddur”, – deyə o bildirib.
Nəsimi Ələsgərli