Bakı, Tehran və Moskva arasında yeni saziş imzalanacaq

media-hightechnic-468x90
Tezliklə İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikilməsi istiqamətində üçtərəfli saziş imzalanacaq.

Axar.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bu gün Tehranda keçirdiyi mətbuat brifinqində deyib.

media-banner_tuq

Ş.Əfəndizadənin sözlərinə görə, üç ölkə rəsmilərinin iştirakı ilə Azərbaycanda keçiriləcək iclasda bu dəmiryolunun tikilməsi ilə əlaqədar investisiya haqda müzakirələr aparılacaq.

Əfəndizadə əlavə edib ki, İran hökuməti Şimal-Cənub Dəhlizinin İran hissəsini aktivləşdirib. Bu dəhlizdə dəmiryolu tikilməyən yeganə hissə İranın Rəşt-Astara dəmiryoludur.

Nazir müavini bildirib ki, İran Çin və Rusiya ilə ticarət və tranzitini artırmaq niyyətindədir. Bu baxımdan Şimal-Cənub Dəhlizi ölkə üçün böyük əhəmiyyət kəsb edir.

“İran gələn ildə İran və Rusiya arasında 30 milyon ton məhsulun tranzit olunmasını məqsəd götürüb. Bu məqsədə çatmaq istiqamətində addımlar atılır”, – deyə o qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05