Bakı-Tiflis-Qars Dəmiryolu xəttində hədəf bəlli oldu

media-hightechnic-468x90

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın baş nazir köməkçisi və intensiv inkişaf naziri Dimitri Kumsişvili ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Bakı-Tiflis-Qars Dəmiryol xəttinin hər üç ölkənin iqtisadi inkişafına böyük töhvə verəcəyi bildirilib. Türk nazirin sözlərinə görə, əsas hədəf Çindən Avropaya uzanan ticarətdə üstünlüyü ələ almaqdır. Qeyd olunur ki, BTQ bu məqsədə çatmaq üçün böyük əhəmiyyət kəsb edir. Görüşdə həmçinin, beynəlxalq terrorizmlə mübarizə mövzusu barədə də fikir mübadiləsi aparılıb. Terrordan əziyyət çəkən hər üç tərəfin bu problemə qarşı birgə səy göstərməsinin vacibliyi vurğulanıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600