Bakı-Ufa aviareysi təxirə salındı

media-hightechnic-468x90

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Bakıdan Rusiyanın Ufa şəhərinə axşam saat 23:20-də nəzərdə tutulan təyyarə reysləri təxirə salınıb.

Qeyd edək ki, Bakı-Ufa reyslərini Rusiyanın «RusLayn» aviaşirkəti həyata keçirir.
Məsələnin aktuallığını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuta xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə də əlaqə saxlayıb.

P.Kəsəmənski deyib ki, AZAL-ın resylərində heç bir təxirə salınma yoxdur:
“Biz hazırda tam ştat olaraq çalışırıq”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən etibarən ayın sonunadək respublika ərazisində havaların kəskin soyuyacağı, qar yağacağı və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Yenicag.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa