Bakı Zəfər Gününə hazırdır - FOTOLAR

media-hightechnic-468x90

Bakıda 8 Noyabr – Zəfər Gününə hazırlıq işləri yekunlaşıb.

Yenicag.az xəbər verir ki, paytaxtın küçə və prospektlərində 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb.

Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb.

Həmçinin noyabrın 8-də saat 19:00-da Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək. Ardınca atəşfəşanlıq təşkil olunacaq.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb və noyabrın 10-da Azərbaycanın tam qələbəsi ilə başa çatıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600