Bakı Zəngəzurda TƏLƏSMİR: Alternativ marşrut SİQNALI

media-hightechnic-468x90

“Rəsmi Bakı bu məsələnin dərhal həll olunmasında israrlı deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

media-elcin_xalidbeyli

E. Xalidbəyli Ermənistanın Baş naziri Nikol Paşinyanın İstanbul səfərindən sonra Zəngəzur dəhlizi ilə bağlı dediklərini şərh edib.

Onun sözlərinə görə, Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı praqmatik xarakter daşıyır:

“Əsas hədəf ondan ibarətdir ki, Zəngəzur dəhlizi gec-tez açılmalıdır. Rəsmi Bakı bu məsələnin dərhal həll olunmasında israrlı deyil, danışıqlar masası arxasında siyasi-diplomatik yollarla həll etməyə üstünlük verir. Eyni zamanda da rəsmi Bakının Zəngəzur dəhlizinə alternativ olaraq İran ərazisinə yeni marşrut açması da olduqca önəmli manevr idi. Bu Ermənistanda ciddi narahatlıq doğura biləcək məsələdir”.

Analitik qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Azərbaycanın alternativ dəhlizlərdən istifadə edəcəyindən narahatdır:

“Ermənistan hakimiyyəti də son vaxtlar Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyətin Ermənistanın əleyhinə çevrilə biləcəyindən ciddi şəkildə narahatdır. Əgər bu dəhliz vaxtında və Azərbaycanın şərtləri altında açılmasa, bu halda. Azərbaycan alternativ marşrutlara daha çox üstünlük verə bilər. Bu da Ermənistanın blokada şəraitində qalma müddətini qeyri müəyyən müddətə qədər uzada bilər. Halbuki Ermənistanın blokadadan çıxması İrəvan üçün əsas prioritetlərdən biridir. Paşinyan hakimiyyəti anlayır ki, blokada şəraiti bir qədər də davam etsə, Ermənistan üçün iqtisadi, ticari, nəqliyyat, kommunikasiya, logistika sahələrində ciddi problemlər dərinləşmiş olacaq. Bu da Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqda davam edəcək”.

Sonda politoloq vurğulayıb ki, Paşinyanın məqsədi bu dəhlizdən istifadə edə biləcək ölkələri prosesə cəlb etməklə onlardan da faydalana bilsin:

“Paşinyan hakimiyyəti buna görə Zəngəzur dəhlizi məsələsini yenidən gündəmə gətirməyə çalışır və ümid edir ki, bu məsələ həm Azərbaycan həm Türkiyə, həm də bu dəhlizin açılmasında maraqlı olan Avrasiya və Asiya ölkələrinin ortaq mənafeləri çərçivəsində açılsın və öz iqtisadiyyatını inkişaf etdirmək üçün faydalana bilsin”.

Nurlan Cəfəri

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600