!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 160 km uzunluğunda yeni avtobus zolaqları çəkiləcək

!Reklam – Yazi

Mobilliyin transformasiyası proqramı çərçivəsində Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb, marşrutların orta yükü 55%-ə endirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut və zolaqlar şəbəkəsinin tətbiqinə başlanılıb.

“Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub”, – Anar Rzayev qeyd edib.

O bildirib ki, Hövsan qəsəbəsini (MİDA) 28 May və Əhmədli m/s-ları ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və 4 Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar istifadəyə verilib.

“M.Şərifli küçəsi (Vərəm dispanseri) Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli və 28 May 5 m/s-nı Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib”, – Anar Rzayev qeyd edib.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv