Bakıda 32 yaşlı kişi döyülərək öldürülüb
Bakıda 32 yaşlı kişi döyülərək öldürülüb. Səbail rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədovun verdiyi məlumata görə, hadisə Qurban Abbasov küçəsi 5 ünvanının qarşısında baş verib.
1963-cü il təvəllüdlü Bakı şəhər sakini, dəfələrlə məhkum olunmuş və 27 il həbs həyatı yaşamış Nəsrullah Zaqidulin münaqişə zəminində 1982-ci il təvəllüdlü İqor Smalinkanı döyüb. Nəticədə İ. Smalinka xəstəxanada ölüb.
Müstəntiq qətl hadisəsinin təfərrüatlarını danışıb. Belə ki, İ. Smalinka qeyri-rəsmi birlikdə yaşadığı Marina Xaritonovanın evinə gəlib və qadın qapını açmayıb. Bundan sonra İ. Smalinka M. Xaritonovanın qapı qonşusu Sevincin evinə zorla girərək ondan Marinaya zəng etməsini və onun qapını açmasını istəyib. Bu zaman Sevincin həyat yoldaşı N. Zaqidulinlə İ. Smalinka arasında mübahisə yaranıb və N. Zaqidulin ona müxtəlif bədən xəsarətləri yetirib. Xəstəxanaya aparılan İ. Smalinka orada ölüb.
Hadisəni törədən N. Zaqidulin tutulub(apa).