Bakıda 75 nəfəri gün vurub

media-hightechnic-468x90

Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 75 müraciət daxil olub.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. O bildirib, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə müraciət edən şəxslərin 46 nəfəri hospitalizasiya edilib, 26 nəfərə yerində yardım göstərilib. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

Müraciət edən 75 nəfərdən 54-ü kişi, 4-ü azyaşlı, 17-si qadındır. Müraciət edənlərin arasında ağır və həyati təhlükəsi olan yoxdur./APA/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600