Bakıda 77 nəfəri gün vurub – Yenicag.Az

Reklam

Reklam

Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 77 nəfər günvurma şikayəti ilə müraciət edib.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib. O, bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 31-ə ambulator yardım göstərilib, 46-sına isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.

Müraciət edən 77 nəfərin 60-ı kişi, 17-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.

S.Əhmədova bildirib ki, bu il günvurmadan ölüm halı baş verməyib./Trend/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1406
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."