Bakıda 86 yaşlı kişi meyiti tapılıb

media-hightechnic-468x90

kjkjikFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzilə baxış keçirilərkən Cavadov Rasim Hüseynağa oğlu hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində R.Cavadovun vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600