Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günədək Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 94 müraciət daxil olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın verdiyi məlumata görə, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar müraciət edən şəxslərin 60 nəfəri hospitalizasiya edilib, 34 nəfərə yerində yardım göstərilib.
Hospitalizənin profilaktik məqsədlə tətbiq edildiyini vurğulayan S. Əhmədova qeyd edib ki, müraciət edənlərin arasında ağır və həyati təhlükəsi olan yoxdur./APA/
www.yenicag.az