Bakıda açıq sahədə baş verən yanğın məhdudlaşdırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.
Bildirilib ki, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub: dirnaq modelleri
“Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.
www.yenicag.az