Bakıda ağac qanunsuz olaraq kəsildi? - VİDEO

media-hightechnic-468x90

Bakıda ağacın qanunsuz olaraq kəsildiyi iddia edilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Hadisənin ötən gün paytaxtın Əhmədli rayonu Sarayevo küçəsində qeydə alındığı deyilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, ağac kəsildiyinə dair iddialar təsdiqini tapmayıb:
“Sözügedən görüntülərlə bağlı əməkdaşlarımız əraziyə baxış keçiriblər. Həmin ərazidə bir ədəd tut ağacı mövsümə uyğun olaraq budanıb, aqrotexniki qulluq olunub. Hər hansı ağac kəsimi qeydə alınmayıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa