Bakıda ağac qırılaraq 3 sakinin üstünə düşdü

media-hightechnic-468x90

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb.

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600