Bakıda ağır qəza oldu: Sərnişin avtobusu ilə motosiklet toqquşdu - FOTO

media-hightechnic-468x90

Bakının Xətai rayonu, Xocalı prospektində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, “Baku Bus” MMC-yə məxsus 21 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolayrıcından keçərkən motosikletlə toqquşub.

Hadisə zamanı motosikletçi avtobusun təkəri altında qalıb, komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtobusun sürücüsü şok vəziyyətindədir.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa