Güclü külək bu tarixədək davam edəcək

media-hightechnic-468x90

Azərbaycanda iyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

media-banner_tkm

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq.Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05