Bakıda ağır yol qəzası baş verib
Paytaxtın Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gecə paytaxtın Nəsimi rayon Tbilisi prospektində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü Əbdülvəhab Salami küçəsilə yüksək sürətlə hərəkətdə olan zaman əsas yola çıxmaq istəyib. Bu zaman sürücü idarəetməni itirərək beton arakəsməyə çırpılıb.
Hadisə şahidlərinin dediyinə görə, sürücü hadisə yerini tərk edib. Ancaq avtomaşında olan digər sərnişin xəsarət aldığından dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb. Zərbə o qədər güclü olubki avtomobil deformasiyaya uğrayıb. Baş vermiş qəzadan sonra əraziyə polis əməkdaşları cəlb olunub. Hadisə baş verən prospektdə avtomobillərində hərəkətində sıxlıq müşahidə olunub.
Qəzanın dəqiq hansı səbəbdən baş verdiyi təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.