Bakıda ağır yol qəzası baş verib-3 ölü
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dekabrın 1-də saat 02:10 radələrində, Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri – 1989-cu il təvəllüdlü Böyükağa Zeynalovun idarə etdiyi “VAZ 2106” markalı və 1991-ci il təvəllüdlü Şəhriyar Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə, B.Zeynalovun sərnişini, 1993-cü il təvəllüdlü Orxan Təhməzov hadisə yerində dünyasını dəyişib. Sürücü B.Zeynalov və digər sərnişini – 1993-cü il təvəllüdlü Rayət Ramazanov, “Hyundai” markalı avtomobilin sürücüsü Ş.Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.