Bakıda ATS-i su basdı – Sakinlər telefonsuz qaldı

media-hightechnic-468x90

atssuBakı şəhərində iki gündür davam edən aramsız yağışlar Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağında problemlər yaradıb.

Yasamal Telefon Qovşağı EATS 401-dən AzVision.az-a verilən məlumata görə, dünən axşam saatlarında telefon qovşağının binasını su basıb.

Kabellər zədələndiyi üçün qovşağın əhatə etdiyi nömrələrin işləməsində problem yaranıb.

ATS-dən bildirilib ki, hazırda ərazidə iş gedir və günorta saatlarından sonra bütün nömrələr işlək vəziyyətdə olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa