!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda avtomobillər üçün “DARALDILAN HALQA”: “Hərəkətin intensivliyini azaltmaq və...”

!Reklam – Yazi

 

“Vətəndaşlar lazım olan yerlərə getmək üçün taksi xidmətindən, yaxud da ictimai nəqliyyatdan istifadə etməyə çalışmalıdırlar”.

Bu fikirləri paytaxtın bəzi mərkəzi küçələrinə avtomobillərin girişinin məhdudlaşdırılması və parkinq qiymətlərinin artırılmasının səbəbləri haqda danışan nəqliyyat mələlələri üzrə ekspert Rövşən Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istər cərimə məbləğinin, istərsə də parkinq qiymətlərinin artırılması bu sahədə vəziyyəti dəyişməyəcək:

“Qiyməti artırmaqla, heç bir nəticə əldə etmək mümkün olmur. Düşünürəm ki, indiki halda şəhər mərkəzində bir çox məhdudiyyətlərin tətbiqi, dayanma-durma nişanlarının artırılması və parkinq tariflərinin mərkəzi küçələrdə daha yüksək olması həmin ərazilərdə hərəkətin intensivliyini azaltmaq üçün nəzərdə tutulub.
Bu da fikrimcə, anlayışla qarşılanmalıdır.

Bir çox halda vətəndaşlar qiymətlərin fantastik olduğunu düşünə bilər. Lakin vətəndaşlar da lazım olan yerlərə getmək üçün taksi xidmətindən, ictimai nəqliyyatdan istifadə etməyə çalışmalıdır. Təsəvvür edək ki, hava limanı istiqamətində gedirik və limanın parkinqində öz nəqliyyat vasitəmizi saxlamağa yer tapa bilmirik. Bəzi şəxslər çox ucuz başa gəldiyinə, rahat və təhlükəsizlik kameraları ilə müntəzəm izləndiyinə görə hava limanının avtodayanacağından yararlanaraq xarici ölkəyə səfər edir.

Nəticədə sizə bir saat müddətində lazım olacaq parkinqdən, ümumiyyətlə, istifadə edə bilmirsiniz. Qiymət artımı məhz belə halların qarşısını almaqdan, lazımlı olmadığı hallarda öz şəxsi avtomobili ilə şəhər mərkəzinə daxil olmağın qarşısını almaqdan ötrü həyata keçirilən tədbirlər planıdır. O baxımdan, vətəndaşların bunu anlayışla qarşılanmaları lazımdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

704
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv