Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda avtoxuliqan polisdən belə qaçdı - VİDEO

Bakının Nərimanov rayonunda “BMW” markalı avtomobilin sürücüsü sərxoş halda avtoxuliqanlıq edib.

Yenicag.az-ın məlumatına görə, hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində  “10-LJ-600” dövlət qeydiyyat nişanlı ” BMW ” markalı avtomobilin sürücüsü  yüksək sürətlə manevr qaydalarını pozduğuna görə, Yol Patrul Xidmətinin 99-YP-481 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan yol polis əməkdaşları saxla əmrini verib.

Avtomobili saxlayan sürücü hərəkətini müxtəlif bəhanələrlə izah edib. O, polislərə heç bir sənəd təqdim etməyib. İnspektor  kəskin spirt qoxusu gəldiyinə görə, onu sərxoşluğun yoxlanılması məntəqəsinə dəvət edib. Sürücü heç bir söz demədən  yüksək sürətlə ərazidən uzaqlaşıb. O, Yol Patrul Xidməti əməkdaşlarının təqibinə baxmayaraq, aradan çıxmağı bacarıb. Nizami rayonu Çobanzadə küçəsində yerləşən restoranların birinin həyətyanı sahəsində  maşını heç kimin tərpədə bilməyəcəyi şəkildə park edib.  Buna baxmayaraq, YPX əməkdaşları  şəhərdəki təhlükəsizlik kameraları vasitəsilə onun hansı istiqamətə getdiyini aşkarlayıblar.

Avtomobilin sürücüsünün 1984-cü il təvəllüdlü  Elvin Nüsrət oğlu Adıgözəlov olduğu aşkarlanıb. E.Adıgözəlov avtomobilini saxladıqdan sonra restoranda gizlənməyə qərar verib. Onun maşını evakuator vasitəsilə  çətinliklə də olsa, ərazidən götürülərək, cərimə meydançasına aparılıb.

Sürücü haqqında isə araşdırma aparılır.

www.yenicag.az

4203
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM